Alimlərdən gözlərlə bağlı yeni kəşf: Gecə korluğunun müalicəsində inqilab yarada bilər

Alimlərdən gözlərlə bağlı yeni kəşf: Gecə korluğunun müalicəsində inqilab yarada bilər






presstv

"Presstv"az #Araşdırma, #diabet, #Polşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşa Elmlər Akademiyasının alimləri insanın görməsində əsas rol oynayan RBP3 zülalının strukturunu təsvir ediblər.

Bu barədə presstvaz “Gazeta.ru”ya istinadən xəbər verir.

Alimlər aşkar ediblər ki, bu zülal A vitaminini gözün torlu qişasına çatdırmaqla yanaşı, həm də şəraitdən asılı olaraq onun formasını dəyişir və bu da onu göz xəstəliklərinin müalicəsi üçün potensial hədəfə çevirir.

Araşdırmanın nəticələri “Open Biology” jurnalında dərc olunub.

RBP3 torlu qişanın hüceyrələrarası hissəsində yerləşən qlikoproteindir. O, görmə dövriyyəsində iştirak edir və A vitamininin törəmələri olan retinoidləri işığın elektrik siqnalına çevrildiyi fotoreseptorlara çatdırır. Zülalın elmə çoxdan məlum olmasına baxmayaraq, onun dəqiq strukturu və təsir mexanizmləri qeyri-müəyyən olaraq qalırdı.

Alimlər RBP3-ü yüksək dəqiqliklə nəzərdən keçirmək üçün kiçikbucaqlı rentgen səpələnməsi də daxil olmaqla, qabaqcıl struktur analiz metodlarından istifadə ediblər. Məlum olub ki, zülal hansı retinoidlə bağlanmasından asılı olaraq, yığcamdan tutmuş uzanmış hala qədər müxtəlif formalar ala bilir. Bu plastiklik onun torlu qişa daxilində molekulların ötürülməsində dinamik rolunu göstərir.

Tədqiqatçıların sözlərinə görə, bu kəşf fotoreseptorların funksiyasının pozulduğu, proqressivləşən və sağalmaz xəstəlik olan piqmentli retinitin (gecə korluğu) müalicəsində inqilab yarada bilər. RBP3 funksiyasındakı pozulmalar əvvəllər də bu patologiyanın inkişafı ilə əlaqələndirilirdi, lakin onun strukturu haqqında yeni məlumatlar torlu qişanın degenerasiyasını yavaşlada və ya dayandıra bilən üsulların yaradılması üçün imkanlar açır.

Alimlər, həmçinin qeyd ediblər ki, RBP3 səviyyəsinin azalması korluğa gətirib çıxara biləcək daha bir yayılmış xəstəliyin – diabetik retinopatiyanın proqressivləşməsi ilə bağlıdır. Bu zülalın fəaliyyətinin stabilləşməsi, ilkin məlumatlara görə, torlu qişanın hüceyrələrinə qoruyucu təsir göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv