Qaxda dağlıq ərazidə torpaq sürüşməsi olub

Qaxda dağlıq ərazidə torpaq sürüşməsi olub






presstv

"Presstv"az #Bələdiyyə, #çayda, #Hadisə, #Qax rayonu, #Torpaq sürüşməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qax rayonunda torpaq qatı Mamırlı şəlaləsinə gedən yola tökülüb.

presstvaz “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ləkit kəndində baş verib.

Belə ki, Ləkit kəndindən 800 metr aralıda yerləşən dağdan gələn torpaq qatı Ləkit çayına tökülüb və şəlaləyə gedən yolu bağlayıb. Nəticədə çaya tökülmüş torpaq çayda balaca göl yaradıb. Bundan başqa, hadisə nəticəsində Ləkit kəndinə gələn içməli su boruları da zədələnib.

Ərazi üzrə bələdiyyə sədrinin müavini Abdulla Kazımov bildirib ki, əvvəllər də həmin ərazidə torpaq sürüşmələri qeydə alınıb:

“Bu dəfə baş vermiş torpaq sürüşməsi daha iri həcmli idi. Əraziyə dərhal texnika cəlb olunaraq yol açıldı, çayda torpaq qatı təmizlənərək suyun maneəsiz hərəkəti təmin olundu. Zədələnmiş su xətləri isə bərpa olunaraq kəndin içməli su problemi də öz həllini tapıb. Qeyd edim ki, həmin ərazi təbiət abidəsi olan Mamırlı şəlaləsinə gedən ərazidir. Şəlalə ərazisində bu vaxtlar hərəkət az olsa da, yay fəslində xeyli turist olur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv