Ağır yanıq xəsarətləri alan Çinarənin anası: “Nə dərman, nə yemək ala bilirik”

Ağır yanıq xəsarətləri alan Çinarənin anası: “Nə dərman, nə yemək ala bilirik”






presstv

"Presstv"az #Ailə, #Bakı, #çayda, #Çin, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

10 aylıq Çinarənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz  bildirir ki, bu barədə Oxu.Az-a onun anası Fatma Qənbərova məlumat verib.

O bildirib ki, övladı fevralın üçü üzərinə qaynar çaydan aşıraraq ağır yanıq xəsarətləri alıb.

“Çinarə 10 aylıqdır, biz Neftçalada yaşayırıq. O, fevralın üçü iməkləyərək elektrik çaydanının naqilini dartaraq suyu üzərinə aşırıb. Həmin gün xəstəxanaya yollansaq da, qızımın vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada iki aya yaxın müalicə alsaq da, artıq evimizə geri gəlmişik”.

Gənc ana övladının müalicəsi üçün dəstək istəyib.

“İnanın, Bakıdan geri gəlmək üçün belə borc almışıq. Əlimizdə olan bütün pul tükənib. Ancaq qonum-qonşunun dəstəyi ilə nəsə edə bilirik. Nə yemək almağa, nə dərman almağa pulumuz qalıb. Hazırda çox ağır vəziyyətdəyik. Çinarənin yaralarını bağlamaq üçün bint, maz almalıyıq. Amma ala bilmirik. Həkimin yazdığı resept elə olduğu kimi də qalıb. Bunları ala bilmək üçün hazırda 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 453-34-79.

Kapital Bank: 4169 7388 2116 1530.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv