Günəş sisteminin yaxınlığında maraqlı tapıntı

Günəş sisteminin yaxınlığında maraqlı tapıntı






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Günəş, #Qalaktika, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa, Britaniya və ABŞ astronomlarından ibarət qrup qalaktikamızın yaxınlığında 34 ədəd cüt ağ cırtdan ulduz sistemi aşkarlayıb.

presstvaz-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, tədqiqat DBL layihəsi çərçivəsində GAIA orbit teleskopu və WHT yerüstü teleskopundan istifadə edilərək aparılıb.

Alimlərin sözlərinə görə, onlardan biri – WDJ181058.67+311940.94 ulduz sistemi “Herkules” bürcündə, Yer kürəsindən 159 işıq ili uzaqlıqda yerləşir. Bu sistemdəki ağ cırtdanlar bir-birindən 2,5 milyon km məsafədədir (bu, Yer ilə Günəş arasındakı məsafədən 60 dəfə azdır) və onların ümumi kütləsi Günəşin kütləsini 1,55 dəfə üstələyir. Bu da onu Yerə ən yaxın 1a tipli supernova namizədi edir.

Ulduzların birləşməsi nəticəsində supernova partlayışının təxminən 23 milyard ildən sonra baş verəcəyi ehtimal edilir.

Mütəxəssislərin sözlərinə görə, belə sistemlərin yaxınlıqdakı qalaktikalarda aşkarlanması onların kifayət qədər çox olduğunu göstərir.

Cüt ağ cırtdanlar və ya neytron ulduzlarının birləşməsi nəticəsində yaranan 1a tipli supernovalar astronomlar üçün kosmik məsafələrin və kainatın genişlənmə sürətinin ölçülməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu kəşf, 1a tipli supernovaların necə formalaşdığına dair yeni ipucları verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv