Vətən müharibəsinin iştirakçısı Fransadakı turnirin finalına yüksəlib

Vətən müharibəsinin iştirakçısı Fransadakı turnirin finalına yüksəlib






presstv

"Presstv"az #Azərbaycan, #Cəbrayıl, #Fransa, #İtaliya, #Müharibə, #Quba, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan paralimpiyaçısı Polad Rzayev Fransanın Auron şəhərində keçirilən paradağ xizəyi üzrə beynəlxalq turnirdə finala yüksəlib.

presstvaz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Bildirilib ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı ilkin mərhələni 1:01.57 nəticə ilə başa vuraraq, həlledici raunda vəsiqə qazanıb.

Qeyd edək ki, P.Rzayev ötən həftə İtaliyanın Pila şəhərində keçirilmiş analoji turnirin də finalında çıxış edib. Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Polad Rzayev Vətən müharibəsinin iştirakçısıdır. O, “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv