Dueyn Conson həyatında iz qoymuş Havay mafiyası haqqında kitab yazacaq

Dueyn Conson həyatında iz qoymuş Havay mafiyası haqqında kitab yazacaq






presstv

"Presstv"az #Ailə, #Aktyor, #Kitab, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Moana” animasiya blokbasterinin ulduzu və Hollivudun gəliri ən çox olan aktyorlarından biri, “The Rock” (Qaya) ləqəbi ilə tanınan Dueyn Conson yeni iddialı layihəyə hazırlaşır.

presstvaz “Entertainment Weekly” nəşrinə istinadən xəbər verir ki, Conson 20-ci əsrin ortalarında “The Company” kriminal sindikatına başçılıq etmiş məşhur Havay mafiya başçısı Uilford “Nappy” Pulava haqqında kitab yazacaq.

Kitab üzərində işləmək üçün Dueyn həmmüəllif qismində çıxış edəcək təcrübəli jurnalist və yazıçı Nik Biltonu cəlb edib.

Conson və Biltonun kitabı Havaydakı mütəşəkkil cinayətkarlıq dünyası barədə bəhd edəcək. Dueyn Conson üçün bu hekayə həm də şəxsi əhəmiyyət daşıyır.

“Mənim öz ailəm həmin dövrün bir hissəsini yaşayıb və mən onun geridə qoyduğu izləri öz gözlərimlə görmüşəm… Bu hekayə Polineziya mədəniyyətimizə, əcdadlarımıza, vətənimizə hörmət barədə və cənnətdə həqiqətən baş verənlərin hekayəsini bölüşmək imkanı verəcək”, – deyə aktyor bildirib.

Maraqlıdır ki, Conson və Biltonun kitabı Martin Skorsezenin yeni film layihəsi ilə əlaqəlidir. Bu filmdə Dueyn Consonun özündən başqa, Leonardo Di Kaprio və Emili Blant kimi ulduzlar çəkiləcəklər. Bəlkə də, Conson özü Uilford Pulavanın rolunu oynayacaq. Belə ki, kitabın həmmüəllifi Nik Bilton gələcək filmin ssenarisi üzərində işləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv