Ağ Ev rüsumlar haqqında ziddiyyətli məlumatlar dərc edir – Səhv, yoxsa təhrif?

Ağ Ev rüsumlar haqqında ziddiyyətli məlumatlar dərc edir – Səhv, yoxsa təhrif?






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Avropa, #Cənubi Koreya, #Donald Tramp, #Filippin, #Fransa, #Hindistan, #Norveç, #Pakistan, #Serbiya, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Administrasiyası 14 ölkəyə qarşı tətbiq edilən ticarət rüsumlarının həcmi ilə bağlı ziddiyyətli məlumatlar səbəbindən diqqət mərkəzinə düşüb.

presstvaz-ın verdiyi məlumata görə, bu məsələyə “Bloomberg” diqqət çəkib.

Belə ki, Ağ Evin rəsmi press-relizindəki rüsumların miqdarı ilə administrasiyanın “X” səhifəsində əvvəllər dərc edilmiş məlumatdakı göstəricilər arasında bir faizlik fərq var.

Məsələn, rəsmi sənədə görə, Hindistana qarşı ticarət məhdudiyyətləri 27% təşkil edir, halbuki “X”dəki ilkin cədvəldə 26% göstərilib. Oxşar fərqlər Botsvana, Vanuatu, Kamerun, Malavi, Nikaraqua, Norveç, Pakistan, Serbiya, Tailand, Filippin, CAR, Cənubi Koreya və Folklend adalarına münasibətdə də müşahidə olunur.

Ən təəccüblüsü isə odur ki, Fransanın dənizaşırı ərazisi olan Reyunyona qarşı Ağ Evin cədvəlində əvvəl 37% həcmində rüsumun tətbiq ediləcəyi elan olunsa da, indi regionun adı rəsmi siyahıdan tamamilə yoxa çıxıb.

Xatırladaq ki, aprelin 2-də Tramp ABŞ hökumətinin bir çox ölkədən edilən idxala gömrük rüsumları tətbiq edəcəyini bildirib. Avropa İttifaqına qarşı bu göstərici 20%-ə bərabər olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv