Nikolas Keycin oğlu anasını döydüyünə görə cəzadan yayınıb

Nikolas Keycin oğlu anasını döydüyünə görə cəzadan yayınıb






presstv

"Presstv"az #Aktyor, #Hadisə, #Hakim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nikolas Keycin oğlu Ueston anası Kristina Fultonu döydüyünə görə həbs cəzasından yayına bilib.

presstvaz xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Qeyd olunub ki, məhkəmə ulduzun varisinin müalicəyə ehtiyacı olduğuna qərar verib. Dinləmə zamanı 34 yaşlı musiqiçiyə iki illik psixi sağlamlıq reabilitasiyası proqramı təyin edilib.

“Ueston Keyc, həqiqətən də, müvafiq psixi pozğunluqdan əziyyət çəkir. Mən razıyam ki, bu, iddia edilən cinayətlərin törədilməsində mühüm amil olub. Aydındır ki, o, həmin vaxt əsəb gərginliyi keçirib”, – deyə hakim Enrike Monqiya bildirib.

Xatırladaq ki, Nikolas Keycin keçmiş sevgilisi və Uestonun anası hücumdan sonra ulduza və oğluna qarşı iddia qaldırıb. Ueston Kristinanı döyüb və onun üzündə izlər qalıb. Əvvəlcə Fulton onu məhkəməyə vermək istəməsə də, sonradan bu qərara gəlib.

Nikolas Keyc psixi pozğunluqdan əziyyət çəkən oğlu Uestonun rifahı ilə maraqlanmadığı üçün Kristina hadisənin baş verməsinə görə onun məsuliyyətə cəlb olunmasını tələb edib. Nəticədə məhkəmə aktyorun xeyrinə qərar verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv