Cəlilabadın qazsız qalan 15 kəndi: Problem nə zaman həll olunacaq?






presstv

"Presstv"az #"Azəriqaz", #(SOCAR), #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), #Cəlilabad rayonu, #Qış mövsümü, #qızdırma, #Unun qiyməti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cəlilabad rayonunun dağlıq hissəsində yerləşən 15 kəndin təbii qazla hələ də təmin olunmaması sakinləri narahat edən əsas məsələyə çevrilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Cəlilabadın rayon mərkəzindən 30-60 kilometr məsafədə yerləşən, əhalisinin ümumi sayı təqribən 10 min nəfər olan Buravar, Badamağac, Şatırlı, Əsədli, Ləkin, Musalı, Zəhmətabad, Kövüzbulaq, Edişə, Xanəgah, Türkelli, Çəmənli, Qaradağlı, Cəngan, Fərəcullalı kəndlərində təbii qazın olmaması səbəbindən əhali ciddi çətinliklərlə üzləşir.

Sakinlər bildiriblər ki, sadalanan kəndlərdə qaz olmadığı üçün onlar evlərini qızdırmaq üçün baha qiymətə odun almaq məcburiyyətində qalırlar. Bu səbəbdən, hər bir evdə qış mövsümündə orta hesabla 80 kubmetr odun yandırılır. Yay aylarında bir kubmetri 20 manata satılan odunun qiyməti qışda 25 manata qalxır. Nəticədə kənd sakinləri bir mövsümdə yalnız odun üçün 1 600 manata yaxın pul sərf etməli olurlar.

Bu vəsaiti ödəməyə çətinlik çəkən sakinlər deyirlər ki, həmin kəndlərə vəd olunduğu kimi, qaz çəkilsə, onların xərci xeyli azalar.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, qeyd edilən kəndlərin qazlaşdırılmasına “Azəriqaz”ın maliyyə imkanlarından asılı olaraq, növbəti mərhələlərdə baxıla bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv