Tomas Müllerin “Bavariya”dan sonrakı komandası “Barselona” ola bilər

Tomas Müllerin “Bavariya”dan sonrakı komandası “Barselona” ola bilər






presstv

"Presstv"az #Almaniya, #Bavariya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Tomas Müller yayda klubunu dəyişəcək.

presstvaz “El Gol Digital”a istinadən xəbər verir ki, ulduz oyunçu “Bavariya” ilə müqaviləsini yeniləmək fikrində deyil.

Artıq bir neçə klub onun namizədliyini nəzərdən keçirməyə başlayıb. Xüsusilə, “Barselona”nın idman direktoru Deku onunla maraqlanır. Müller vaxtilə “Bavariya”da birgə çıxış etdiyi “Barselona”nın baş məşqçisi Hans-Diter Fliklə də yaxşı tanışdır.

Müllerin “Bavariya” ilə müqaviləsi cari mövsümün sonunda başa çatır və klub yeni müqavilə təklif etməyi planlaşdırmır.

Tomasın karyerasını MLS-də davam etdirmək imkanı var, üstəlik o, həm də televiziya eksperti olmaq təklifi alıb.

Tomas Müller 2009-cu ildən bütün peşəkar karyerası boyunca “Bavariya”da çıxış edib.

O, Münhen nəhəngi ilə iki dəfə (2013 və 2020-ci illərdə) Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, almaniyalı ulduz, bu mövsüm bütün turnirlərdə 35 matça çıxaraq beş qol vurub və beş məhsuldar ötürmə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv