Tovuzda itkin düşən 13 yaşlı qızın oxuduğu məktəbdən AÇIQLAMA: “Bir az çılğın şagird idi”

Tovuzda itkin düşən 13 yaşlı qızın oxuduğu məktəbdən AÇIQLAMA: “Bir az çılğın şagird idi”






presstv

"Presstv"az #Daxili İşlər Nazirliyi (DİN), #Orta məktəb, #Psixoloq, #Təhsil, #Tovuz rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəbər verdiyimiz kimi, Tovuzda orta məktəb şagirdi, 13 yaşlı qız itkin düşüb. Rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü A.Süleymanova ötən gün axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə qayıtmayıb.

presstvaz xəbər verir ki, Bizim.Media itkin düşən qızla bağlı bəzi təfərrüatları Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbindən öyrənib.

Məktəbdən bildirilib ki, yeniyetmə travmalı və bir qədər problemli şagirddir. Dəfələrlə məktəb psixoloqu şagirdlə iş aparıb:

“İtkin düşən qız 7A sinfinin şagirdidir. Dünən onuncu dərs saatından sonra gedib. Davamiyyəti hər zaman yaxşı olub, amma oxumağı zəif idi. Bir qədər sözə qulaq asan deyil. Davranışlarında pozğunluq var idi. Müəllimlərə cavab qaytarırdı, bir az çılğın şagird idi. Məktəb psixoloqu onunla məşğul olurdu. Yəni bir sözlə, travmalı uşaq idi”.

Məktəb rəsmisinin sözlərinə görə, yeniyetmənin valideynləri boşanandan sonra qızın davranışlarında daha çox problem hiss olunub:

“Ana-ata boşanandan sonra qız ata babası, nənəsi və əmisi ilə qalırdı. Travmalı olsa da, özünü sevən qızdır. İnşallah sağ-salamat tapılar”, – deyə məktəb rəsmisi əlavə edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.

10:17

Tovuzda 13 yaşlı qız itkin düşüb.

presstvaz-ın məlumatına görə, aprelin 2-si saat 18:00-da rayonun Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü A.S. oxuduğu kənd tam orta məktəbindən çıxıb və itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv