Qurban Qurbanovun düzgün əvəzetmələri “Qarabağ”ı Avropa lideri edib

Qurban Qurbanovun düzgün əvəzetmələri “Qarabağ”ı Avropa lideri edib






presstv

"Presstv"az #"Qarabağ", #Avropa, #Azərbaycan, #Futbol, #Premyer Liqası, #Serbiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropanın milli çempionatlarında əvəzetmələri ən uğurlu edən komanda “Qarabağ”dır.

presstvaz xəbər verir ki, Ağdam klubu Premyer Liqanın 28-ci turunda “Turan Tovuz”la səfər matçında zirvəni ələ keçirib.

Belə ki, həmin görüşün 90-cı dəqiqəsində əvəzetmə ilə meydana daxil olan Aleksey Kaşuk cəmi 2 dəqiqə sonra son nöqtəni qoyub və komandasının 4:1 hesablı qalibiyyətində pay sahibi olub.

Bununla Qurban Qurbanovun cari mövsüm əvəzetmədən meydana buraxdığı futbolçuların ümumi qol sayı 19-a yüksəlib. Serbiya klubu “Srvena Zvezda” və Şotlandiya “Seltik”i də Azərbaycan təmsilçisi ilə eyni göstəriciyə malikdir. Lakin fərq ondadır ki, “Qarabağ” bunu 28 oyunda bacarıbsa, “Srvena Zvezda” 29, “Seltik” isə 31 qarşılaşmada reallaşdırıb.

Qeyd edək ki, Misli Premyer Liqasının lideri “Qarabağ” cari mövsüm 28 turda ümumilikdə 69 qol vurub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv