Yazda tozcuqlara qarşı allergiyanın qarşısını necə almaq olar? – Rusiyalı həkimdən sadə üsullar

Yazda tozcuqlara qarşı allergiyanın qarşısını necə almaq olar? – Rusiyalı həkimdən sadə üsullar






presstv

"Presstv"az #Allergiya, #Günəş, #Həkim, #Rusiya, #Yulaf

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir neçə sadə qaydaya əməl etməklə polenlə (müxtəlif bitkilərdən yayılan tozcuqlar) kontaktı azaltmaq və allergiyanı nəzarət altına almaq mümkündür.

presstvaz-ın xəbərinə görə, bu barədə rusiyalı allerqoloq-immunoloq, tibb elmləri namizədi, ekspert İrina Manina “Lenta.ru”ya müsahibəsində danışıb.

Əsasən bahar aylarında müşahidə olunan allergiya mövsümündə həkimin ilk tövsiyəsi xüsusi onlayn xidmətlərdən istifadə etməklə, havadakı polen konsentrasiyasına nəzarət etməkdir. Onun sözlərinə görə, əgər polen səviyyəsi yüksəkdirsə, o zaman zərurət olmadıqca çölə çıxmaqdan çəkinmək ən yaxşısıdır.

Allergenlərlə təması azaltmaq üçün İrina Manina saçları arxaya yığmaq və ya baş geyimləri taxmağı məsləhət görüb. Bu, polenin saçınıza çökməsinin qarşısını almağa kömək edəcək. Çünki saçlara çökən polenlər hərəkət etdiyiniz zaman selikli qişaya nüfuz edir.

Çiçəkləmə dövründə gözlərinizi qorumaq da eyni dərəcədə vacibdir.

“Həkimlər allergiyası olan insanlara günəş eynəyi taxmağı və kontakt linzalardan istifadə etməməyi tövsiyə edirlər. Qıcıqlanan selikli qişalar daha həssas olurlar və linzalar vəziyyəti daha da pisləşdirə bilər”, – deyə həkim qeyd edib.

Daha bir sadə, amma effektiv müdafiə üsulu da maskadır. Bu, polenin (tozcuqların) burun keçidlərinə daxil olmasının qarşısını alan mexaniki baryerdir. Hər iki-dörd saatdan maskanı dəyişmək lazımdır.

Nəhayət, İrina Manina allergiya dövründə rasionu tənzimləməyi və alma, armud, qoz-fındıq, çiy yerkökü, kartof, yulaf, kvas, pivə və bal kimi qidaları rasiondan çıxarmağı tövsiyə edib, çünki onlar simptomların intensivliyini artıra bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv