Moskva Nikolun göz yaşlarına inanmır

Moskva Nikolun göz yaşlarına inanmır






presstv

"Presstv"az #ABŞ, #Ararat Mirzoyan, #Ermənistan, #Hakim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son aylar Ermənistanla Rusiya arasında münasibətlərdə istiləşmə müşahidə olunsa da, Moskva Paşinyan hakimiyyətinə inanmır.

presstvaz axar.az-a istinadən bildirir ki,  bunu Rusiya Erməniləri İttifaqının rəhbəri, Kremlə yaxın olan erməni oliqarx və milyarder Ara Abramyan deyib.

Onun sözlərinə görə, geosiyasi dəyişikliklər fonunda, xüsusən də ABŞ-da keçirilən seçkidən sonra Rusiya-Ermənistan ikitərəfli dialoqunda müəyyən irəliləyiş əldə olunub:

"Bunu xüsusilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya son səfəri sübut edir".

Lakin Abrahamyan iddia edir ki, Ermənistan rəhbərliyinin hərəkətlərində ardıcıllıq yoxdur:

"Sadəcə bəyanatlar verilir, amma parlament AB-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul edir. Nə baş verdiyi bəlli deyil. Hər şey qeyri-sabitdir. Paşinyana etibar yoxdur".

Abramyanın sözlərinə görə, o, tez-tez Rusiya tərəfi ilə ünsiyyət qurur və bu söhbətlərdə vurğulayır ki, Ermənistandakı mövcud hakimiyyət müvəqqəti bir fenomendir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv