Ekoloq: “Yaz fəslini itiririk, qışdan birbaşa yaya keçirik”

Ekoloq: “Yaz fəslini itiririk, qışdan birbaşa yaya keçirik”






presstv

"Presstv"az #Bakı, #Hava proqnozu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aprelin hava proqnozu ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Bakıda və Abşeron yarımadasında bəzi günlərdə 25-30 dərəcə isti olacağı, bölgələrdə bu rəqəmin 32 dərəcəyə qədər yüksələcəyi qeyd edilir. Bundan əvvəlki illərdə aprel ayı adətən yağışlı, sərin keçirdi.

presstvaz xəbər verir ki, ekoloq alim Telman Zeynalov Globalinfo.az-a açıqlamasında havaların isti keçməsinin iqlimə mənfi təsir etməyəcəyini bildirib.

“Fevralın sonuna qədər hava isti keçdi, həmin ayın sonundan martın ortalarına kimi isə soyuq oldu, qar və yağış yağdı. Bu da ondan xəbər verir ki, biz artıq zamanla yaz fəslini itirir, qışdan birbaşa yaya keçirik”, – deyə o bildirib.

T.Zeynalov fəsillərin yavaş-yavaş sıradan çıxma səbəbini açıqlayıb:

“Karbon qazı nə qədər çox artarsa, o qədər də qış aradan çıxmış olar. Yəni karbon qazının artması qışın və yazın, eləcə də payızın aradan çıxmasına səbəb olur. Ortada bir tək yay fəsli qalır. Havaların isti olmasının da heç bir təhlükəsi yoxdur. Əksinə, məhsul bol olacaq, yağışsız və susuz qalmayacağıq. Bizim 8400 çayımız var. Ona görə də narahatlığa səbəb yoxdur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv