Sahibkara qarşı 85 min manatlıq dələduzluq edən şirkət rəhbərinə hökm oxundu

Sahibkara qarşı 85 min manatlıq dələduzluq edən şirkət rəhbərinə hökm oxundu






presstv

"Presstv"az #Ailə, #Cinayət işi, #Hakim, #Lənkəran, #Nazirlər Kabineti, #Sağlamlıq, #Təhsil, #Torpaq sahəsi, #Vəzifə, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahlar Nəbiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Nəbiyev səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ş.Nəbiyev “ArxDizayn MS” Məhdud Məsuliyyəti Cəmiyyətinin təsisçisi və direktoru vəzifəsində işləyib. O, Astara şəhəri sakini, sahibkar, zərərçəkmiş Elşad Yusifova (soyadı şərtidir) Nazirlər Kabineti və Şəhərsalma və Arxitektura Komitəsində rəhbər vəzifələrdə işləyən tanışlarının olduğunu bildirib. Təqsirləndirilən şəxs E.Yusifova məxsus Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi sahəsi 0.65 ha olan torpaq sahəsinin təyinatını dəyişdirməyi (sənaye təsərrüfatlıya) və həmin torpaq sahəsində zərərçəkmiş şəxsə gələcəkdə tikmək istədiyi yanacaqdoldurma məntəqəsinin layihəsini hazırlayacağına yalandan vəd verib. Ş.Nəbiyev 2023-cü ildə müxtəlif vaxtlarda E.Yusifovdan ümumilikdə 85000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmə istintaqı zamanı Ş.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində qeyd edib ki, 85000 manat pulu zərərçəkmiş E.Yusifovdan alıb, lakin dələduzluq etməyib:

“Astara rayonunda yol kənarında yanacaqdoldurma məntəqəsi və restoran layihəsi üçün torpaq sahəsi iki hissədən ibarət olub. Qanunvericiliklə yol kənarında olan kənd təsərrüfatı sahələrində müstəsna halda qeyri-yaşayış sahələri üçün restoran və ya motel tikilişi üçün icazə alınmalı idi. Bununla bağlı şəhərsalma komitəsinə müraciət olundu, icazənin alınması bugünkü qanunvericiliklə beş-altı ay, bəzən bir il də çəkə bilir. Zərərçəkmiş şəxsdən layihələrə görə pul almışam”.

Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, həmçinin bildirib ki, E.Yusifova torpaq sahələrinin təyinatını dəyişdirəcəyi ilə bağlı söz verməyib:

“Ona dedim ki, icazə alıb tikinti aparacaqlar. 60-65 min pul xərcləmişdi. Layihəni “Whatsapp”la zərərçəkmiş şəxsə göndərmişəm. Sahibkaram, VÖEN-im də var. Zərərçəkmiş şəxsdən aldığım pullara görə ona heç bir çek verməmişəm”.

Sonra təqsirləndirilən şəxs 63 yaşında olduğunu, müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini, himayəsində sağlamlıq imkanları məhdud olan uşağının olmasını, əməlindən peşmanlıq çəkdiyini, ailə, maddi və sosial vəziyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ödənişli əsaslarla təhsil alan uşağının olduğunu bildirib və ona yüngül cəza verilməsini xahiş edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv