Türkiyədə zibil konteynerində ölü tapılan körpənin qatili 7 il sonra üzə çıxdı: Anadan etiraf

Türkiyədə zibil konteynerində ölü tapılan körpənin qatili 7 il sonra üzə çıxdı: Anadan etiraf






presstv

"Presstv"az #Araşdırma, #Cinayət işi, #Haber Global, #Hadisə, #Körpə, #Muğla, #Sağlamlıq, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Muğla bölgəsində 7 il əvvəl zibil konteynerində torbanın içində ölü tapılan körpə qız uşağının qatilinin anası olduğu üzə çıxıb.

Bu barədə presstvaz “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, cinayətini etiraf edən 42 yaşlı ana Gülcan Deniz və hadisədən xəbərdar olan 43 yaşlı ata İsmayıl Deniz həbs ediliblər.

Xatırladaq ki, 10 iyul 2018-ci ildə Ortaca rayonu Ekşiliyurt məhəlləsində sakinlər zibil konteynerində torbanın içinə qoyulmuş körpə tapıblar. Hadisə yerinə gələn polis və sağlamlıq qrupları körpənin doğuşdan dərhal sonra, göbək bağı belə kəsilmədən konteynerə atıldığını və qızcığazın həyatını itirdiyini müəyyən ediblər.

Muğla Regional Polis İdarəsinin Cinayət Bürosu Komandanlığının qrupları 7 il sonra cinayət işinə dair sənədi yenidən araşdırmağa başlayıblar. Zibil qutusuna atılan bir mağazaya aid torba diqqət çəkib və iyul ayında marketdəki 30 günlük görüntülər araşdırılıb. Polis kamera görüntülərindən şübhəlinin körpənin anası Gülcan Deniz olduğunu aşkarlayıb.

Ana saxlanılıb və o, ifadəsində dəhşətli həqiqəti soyuqqanlılıqla etiraf edib. Gülcan Deniz körpənin özünə aid olduğunu, ərinin ona davamlı işgəncə verdiyini, uşağı dünyaya gətirmək istəmədiyini və körpəni evin qonaq otağında dünyaya gətirdikdən sonra boynuna bir parça ilə düyün bağladığını bildirib. Daha sonra o, körpəsinin cəsədini torbaya qoyaraq zibil konteynerinə atdığını etiraf edib.

Deniz cütlüyü məhkəmədə həbs edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv