Danimarka ABŞ ilə münasibətlərdə taktikasını dəyişdi

Danimarka ABŞ ilə münasibətlərdə taktikasını dəyişdi






presstv

"Presstv"az #ABŞ, #Danimarka, #Qrenlandiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Danimarka ABŞ ilə Qrenlandiyanın statusu məsələsində münasibətlərdə taktikasını dəyişib. İndi Kopenhagen Vaşinqtonun ritorikasına qarşı durmağa çalışır.

presstvaz-ın məlumatına görə, bu barədə “Financial Times” yazır.

“Əvvəllər Trampın tələblərini görməməzlikdən gəlməyə çalışan və müttəfiqlərini onun şərhlərinə reaksiya verməməyə çağıran Danimarka son həftələrdə taktikasını dəyişərək Vaşinqtonun ritorikasına qarşı durmağa çalışır”, – deyə mənbədən bildirilir.

Qeyd olunur ki, Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen Tramp administrasiyasının Qrenlandiyada Kopenhagen rəhbərliyinə qarşı hücumlarına açıq şəkildə cavab verib.

Rasmussen Danimarka və ABŞ arasında 1951-ci ildə imzalanmış və Vaşinqtona adada hərbi mövcudluğunu gücləndirməyə imkan verən müdafiə sazişini xatırladıb.

Xarici işlər naziri qeyd edib ki, 1945-ci ildə Qrenlandiyada ABŞ-nin 17 hərbi bazası olub, indi isə cəmi bir baza qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv