Emoməli Rəhmon İlham Əliyevə təbrik məktubu göndərib

Emoməli Rəhmon İlham Əliyevə təbrik məktubu göndərib






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Tacikistan, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

 presstvaz   President.az-a istinadən -a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Mübarək Ramazan bayramı münasibətilə sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Tarix boyu bu müqəddəs bayramın adət-ənənələri və yüksək mənəvi idealları xalqlarımıza saflıq, paklıq, mərhəmət, tolerantlıq, xeyirxahlıq, qarşılıqlı dəstək, nəciblik və xoşməramlılıq kimi dəyərləri təbliğ edib.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri və çoxşaxəli əməkdaşlıq bu mübarək bayramın yüksək dəyərləri sayəsində xalqlarımızın köklü mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Uca Yaradandan sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi, firavanlıq, əmin-amanlıq diləyirəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv