“Son uçuş” filminin müəllifi DANIŞDI: “Hadisə hər kəs kimi mənə də çox təsir etdi”

“Son uçuş” filminin müəllifi DANIŞDI: “Hadisə hər kəs kimi mənə də çox təsir etdi”






presstv

"Presstv"az #Ailə, #Aktau, #Aktau şəhəri, #Aleksandr Kalyaninov, #Bakı, #Hadisə, #Hökumə Əliyeva, #İlham Əliyev, #İqor Kşnyakin, #Jurnalistlər, #Qazax, #Qazaxıstan, #Qroznı, #Rusiya, #Sərəncam, #təyyarə, #Təyyarə qəzası, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Baku TV” 2024-cü ilin dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsi haqqında sənədli film hazırlayıb.

Sənədli filmin rəhbəri, müəllifi və rejissoru Kübra Uygun Sertdağdır.

“Bu hadisə hər kəs kimi mənə də çox təsir etdi. Bir rejissor olaraq qəza ilə bağlı sənədli film çəkmək istədim. Düşündüm ki, qəza anında insanların nələr yaşadığı ilə bağlı film çəkmək lazımdır. Bununla bağlı “Baku TV”yə müraciət etdim. Sağ olsunlar, məni dinlədilər, mənə inandılar. Bu, mənim üçün çox önəmli idi”, – deyə Kübra Uygun Sertdağ bildirib.

“J2-8243: Son uçuş” adlı sənədli film ümumilikdə beş hissədən ibarətdir.

Filmdə qəza nəticəsində həyatını itirənlərin, sağ qalanların və onlara yardım edənlərin həyat hekayəsindən bəhs olunur. Ekran işinin “Biri var idi, biri yox” adlı ilk hissəsində təyyarə qəzası zamanı yüksək peşəkarlıq nümayiş etdirərək həyatını itirən baş pilot İqor Kşnyakin, köməkçi pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın ailə üzvləri onlar barəsində xatirələrini bölüşüblər.

“Hər şey yaxşı olacaq” adlanan növbəti hissədə isə ekipaj üzvlərinin yüksək peşəkarlığı sayəsində sağ qalan sərnişinlərin bir qismi və ekipaj üzvü Zülfüqar Əsədov danışıb.

Sənədli filmin üçüncü hissəsi olan “Aktau”da qəzadan dərhal sonra hadisə yerinə gələn qazaxıstanlı köməkçi qrup üzvləri, jurnalistlər və qəza şahidlərinin fikirləri yer alıb.

“Necə oldu?” başlıqlı dördüncü hissədə qəzanın baş verməsindən sonra olan hadisələrin ümumi təfərrüatı və Prezident İlham Əliyevin Rusiya səfərini yarımçıq saxlayaraq ölkəyə qayıtması, dərhal müşavirə keçirməsi və digər detallar barədə məlumat verilib.

Bu bölümdə ekspert və politoloqlar, eləcə də AZAL-ın əməkdaşları qəza barəsində danışıblar. Son bölüm – “Vida”da isə qəzadan sonra həlak olan və sağ qalan ekipaj üzvlərinin Prezident İlham Əliyevin sərəncamı ilə yüksək səviyyədə təltif edilməsi, sağ qalan sərnişinlərə peşəkar tibbi xidmətin göstərilməsi və dövlət qayğısı xüsusilə vurğulanıb.

Ətraflı süjtetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv