İntihara cəhd edən şairin son durumu AÇIQLANDI

İntihara cəhd edən şairin son durumu AÇIQLANDI






presstv

"Presstv"az #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İntihara cəhd edən qazi-şair Həsən Kürün (Zeynallı) vəziyyətində irəliləyiş var.

presstvaz xəbər verir ki, bu barədə yazıçı Azad Qaradərəli məlumat verib.

O bildirib ki, H.Kürün səhhətində xeyli irəliləyiş var:

“Bu gün qazi şair Həsən Kürü Sabunçu xəstəxanasında ziyarət etdim. Şükür! Amma hələ də ciddi müalicələr almalıdır. İnanıram ki, onu dövlət rəsmiləri yalqız qoymayacaqlar”.

Qeyd edək ki, qazi-şair Həsən Kür fevralın 22-də intihara cəhd edib. Belə ki, o, “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. Həmin gün 19:10-da müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.

Hazırda qazi-şairin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) müalicəsi davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv