İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Rəcəb Tayyib Ərdoğan, #Təbrik, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqəddəs Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza təbriklərini çatdırıb, ölkəmizə firavanlıq və ruzi-bərəkət arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı, qardaş Türkiyə xalqını bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları qardaşlıq və müttəfiqlik münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb və tezliklə yenidən görüşəcəkləri ilə bağlı ümidvarlıqlarını ifadə ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv