Türkiyədə yanan hotelin sahibinin həyat yoldaşı və qızları da həbs olundular

Türkiyədə yanan hotelin sahibinin həyat yoldaşı və qızları da həbs olundular






presstv

"Presstv"az #Bolu vilayəti, #Kartalkaya, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Bolu vilayətinin Kartalkaya rayonunda yanvarın 21-də baş verən və 78 nəfərin həyatını itirdiyi hotel yanğını ilə bağlı aparılan istintaqda hotel sahibi Halit Ergülün həyat yoldaşı və iki qızı həbs ediliblər.

presstvaz İHA-ya istinadən xəbər verir ki, aparılan istintaq çərçivəsində aralarında hotel sahibi, baş direktor və bəzi vəzifəli şəxslərin də olduğu 22 nəfər həbs edilib.

Son araşdırılmalara əsasən, Halit Ergülün həyat yoldaşı Emine Murtezaoğlu Ergül, qızları Elif Aras və Ceyda Hacıbekiroğlu da həbs edilib.

İstintaq genişləndiyi üçün Bolu vilayətinin Xüsusi idarənin lisenziyaların verilməsi şöbəsinin müdiri Yeliz Erdoğan və keçmiş müdir Mehmet Özel, eləcə də statistik hesablamalar aparan inşaat mühəndisi İsmail Haluk İnceler, işlərin təhlükəsizliyi üzrə ekspert Ece Kayacan, memar Muharrem Şen, Mustafa Selman Çelen və Kübra Demir saxlanılıb.

Prokurorluqdakı ifadələrindən sonra əməyin mühafizəsi üzrə ekspert Ece Kayacan, inşaat mühəndisi İsmayıl Haluk İnceler və memar Muharrem Şen sərbəst buraxılıb.

İstintaq çərçivəsində hoteldə baş verən yanğına görə məsuliyyət daşıyan digər şəxslərin də dindirildiyi bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv