Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb






presstv

"Presstv"az #Azərbaycan, #Haber Global, #Hadisə, #İstanbul, #Silahlı hücum, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.

Bu barədə presstvaz “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.

Belə ki, restoranda 3 nəfər – Erkan A., Beyhan T. və Azərbaycan vətəndaşı Hüseyn M. iki şübhəli şəxsin atəş açması nəticəsində yaralanıb.

Hücum edən şəxslər hadisə yerindən qaçıblar.

Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Erkan A. və Beyhan T.-nin vəziyyətlərinin ağır olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan vətəndaşı yüngül xəsarət alıb.

Polis hadisəni törədən şəxslərin saxlanılması üçün əməliyyata başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv