Ukrayna agenti Rusiyanın düz “mərkəzində” oturubmuş – FSB həbs etdi

Ukrayna agenti Rusiyanın düz “mərkəzində” oturubmuş – FSB həbs etdi






presstv

"Presstv"az #Cinayət işi, #Dövlətə xəyanət, #Kiyev, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın tənzimləyici orqanlarından birinin mərkəzi aparatının əməkdaşı dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb.

presstvaz xəbər verir ki, o, Kiyevə sərhəd bölgəsində sənaye və energetika obyektlərinin mühafizəsi tədbirləri barədə məlumat ötürüb.

Bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının nəzarət orqanlarından birinin mərkəzi aparatının əməkdaşını dövlətə xəyanətdə şübhəli bilərək saxlayıb. İstintaqın məlumatına görə, Rusiya vətəndaşı xarici dövlətin (Ukrayna) nümayəndələrinə Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə onlara köməklik göstərmək məqsədilə konfidensial əməkdaşlıq edib”, – press-relizdə deyilir.

Qeyd olunur ki, saxlanılan şəxs “Rusiya Federasiyasının sərhədyanı ərazilərində sənaye və energetika obyektlərinin mühafizəsi üzrə aparılan işlər, habelə Rusiya Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi yerlər barədə məlumatı könüllü olaraq Ukrayna tərəfinə ötürüb”.

Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 275-ci “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi açılıb.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. (publika.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv