Sülh və gərginlik arasında: Erməni mediası Paşinyanı necə qiymətləndirir?

Sülh və gərginlik arasında: Erməni mediası Paşinyanı necə qiymətləndirir?






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Böyük Britaniy, #Böyük Britaniya, #Ermənistan, #İrəvan, #Münaqişə, #Nikol Paşinyan, #Rusiya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, “Sputnik Armenia” nəşri “Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı xəbərlərdən narahatdır” başlıqlı xəbəri oxucularının diqqətinə çatdırıb.

Mənbə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi brifinq zamanı səsləndirdiyi fikirlərə istinad edib.

“Biz tərəfdaşlarımızı təmkinli olmağa, vəziyyətin eskalasiyasına gətirib çıxaracaq hər hansı addımlardan təkidlə çəkinməyə çağırırıq. Bütün məsələləri istisnasız olaraq dinc, siyasi və diplomatik yolla həll etmək lazımdır”, − deyə xəbərdə qeyd olunub.

Ermənistanın “JAM-news” nəşri xəbər verir ki, Ermənistan-Azərbaycan danışıqlarındakı irəliləyiş əsasən bu ölkənin baş naziri Nikol Paşinyanın davamlı səyləri sayəsində mümkün olub. O, razılıq əldə etmək naminə bir neçə güzəştə gedib.

Mənbə qeyd edir ki, bu barədə Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin yekunlaşmasına dair məqaləsində bildirib.

O vurğulayıb ki, irəliləyiş İrəvanın əvvəl həll olunmamış iki maddə ilə bağlı Bakının təkliflərini qəbul etməsindən sonra əldə olunub.

Rusiyanın “Gazeta.ru” nəşri oxucularının diqqətinə çatdırır ki, Böyük Britaniya tarixdə ilk dəfə Azərbaycana hərbi attaşe təyin edib. Nəşr yazır ki, yeni attaşenin Qevin Tarbard olduğu Böyük Britaniyanın Bakıdakı səfirliyinin “X” sosial şəbəkəsində qeyd olunub.

“Bu, Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının möhkəmlənməsini vurğulayan tarixi addımdır, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq”, − deyə mənbədə bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv