Novruz türk xalqlarının ümumi milli bayramı elan edilə bilər

Novruz türk xalqlarının ümumi milli bayramı elan edilə bilər






presstv

"Presstv"az #DNT, #Macarıstan, #Novruz bayramı, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Macarıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammitində Novruz bayramını bütün türk xalqlarının ümumi milli bayramı elan etməyi təklif etmək niyyətindədir.

presstvaz xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə danışıb.

Ərdoğan Novruzun türk xalqlarının tarixində və mədəniyyətində mühüm yer tutduğunu qeyd edərək TDT ölkələrinin bu təşəbbüsü dəstəkləyəcəyinə ümidvar olduğunu ifadə edib.

“Artıq bizim də Novruzu bütün qardaşlarımızla birlikdə qeyd etməyimizin vaxtı çatıb, çünki bir çox ölkələrdə bu gün rəsmi istirahət günüdür. Mayda Macarıstanda keçiriləcək sammitdə Novruz bayramını türk dünyasının vahid milli bayramı kimi qeyd etməyi təklif edəcəyik. Bu bizim birliyimizi və həmrəyliyimizi daha da gücləndirəcək”, – o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv