Xocalı sakini: “Mənim üçün bundan gözəl gün ola bilməz”

Xocalı sakini: “Mənim üçün bundan gözəl gün ola bilməz”






presstv

"Presstv"az #İlham Əliyev, #Novruz bayramı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xocalı sakinləri 33 ildən sonra ilk dəfə öz dədə-baba yurdlarında Novruz bayramını qeyd edirlər.

Baku TV bayram münasibətilə Prezident İlham Əliyevin də qonaq olduğu Xocalı sakini Səriyyə Cəfərovanın evində olub.

İllər sonra Novruz bayramını yenidən doğma evində qarşılayan Səriyyə xanım çox xoşbəxt olduğunu deyib:

“Bu gün mənim şad günümdür. Çünki ata evimdə, anamın əziyyətlə tikdirdiyi bu evdə Novruzu qeyd edirəm. Bundan gözəl gün ola bilməz. Bu evi tikib mənə miras qoyan şəhid anama Allah rəhmət etsin. O, həmişə bir inancla yaşayırdı. Deyirdi ki, bu ev heç vaxt dağılmayacaq, “Quran” onu qoruyacaq. Mən illər sonra gəlib evimi salamat görəndə, çox təəccübləndim. Bura yalnız bircə dəfə təmir olunub, necə tikilibsə, elə də qalıb. Bu il həyətimə çoxlu ağaclar əkdim, onlar artıq çiçəkləyib. Qoy bizim ömrümüz də çiçək açsın, Xocalıya həmişə güllü-çiçəkli bahar gəlsin”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv