Azərbaycan futbolunda son doqquz mövsümün rekordu qeydə alınıb

Azərbaycan futbolunda son doqquz mövsümün rekordu qeydə alınıb






presstv

"Presstv"az #Bakı, #Füzuli, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şəfa” 2024/25 mövsümündə ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran komanda olub.

presstvaz xəbər verir ki, Bakı komandası II Liqanın XVII turunun səfər oyununda “Araz Saatlı”nı 10:0 hesabı ilə məğlub edib. Bunadək mövsümün rekordu “Göygöl”ə məxsus idi. Klub II Liqada 2024-cü il oktyabrın 18-də keçirilən ev matçında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib. Ən böyük səfər qələbəsi isə “Şahdağ Qusar”a məxsus idi. II Liqanın lideri ötən il oktyabrın 7-də “Lerik”in qapısından yeddi cavabsız top keçirib.

Ölkə çempionatları və kuboku tarixində bir komandanın 10 və daha çox qol vurmasına son səkkiz mövsümdə ilk dəfə təsadüf olunub. Sonuncu belə oyun 2016/17 mövsümündə qeydə alınıb. 2016-cı il noyabrın 24-də “Səbail” “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 10 top fərqi isə sonuncu dəfə həmin matçdan 16 gün əvvəl yaşanıb. “Zaqatala” “Energetik”in qapısından evdə 10 top keçirib. Bunadək səfərdə ən azı 10 qol vuran son komanda “Neftçala” olub. 2015/16 mövsümündə “Energetik”in qonağı olan neftçalalılar 3476 gün əvvəl – 2015-ci il sentyabrın 11-də 12:0 hesablı qələbə qazanıb. “Şəfa” isə son doqquz mövsümdə səfərdə ən çox qol vuran və ən böyük qələbə qazanan komanda olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv