Netanyahu ABŞ-li senatora “Peycer əməliyyatı”nı simvolizə edən hədiyyə bağışlayıb

Netanyahu ABŞ-li senatora “Peycer əməliyyatı”nı simvolizə edən hədiyyə bağışlayıb






presstv

"Presstv"az #ABŞ, #Benyamin Netanyahu, #İsrail, #Livan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ senatoru Con Fettermanı Qüdsdə qəbul edən İsrailin Baş naziri Benyamin Netanyahu qonağa Livanda keçirilən uğurlu “Peycer əməliyyatı”nı simvolizə edən gümüş peycer hədiyyə edib.

presstvaz xəbər verir ki, məlumatı İsrail hökumətinin mətbuat xidməti yayıb.

Senator isə öz növbəsində, İsrailin baş nazirinə 1986-cı ildə ABŞ-də dərc edilən qəzetin orijinal məqaləsini təqdim edib. Həmin məqalədə Benyamin Netanyahunun Filadelfiyada mərhum qardaşı Conatanın xatirəsinə ucaldılmış abidənin açılışında çəkilmiş fotoşəkili dərc olunub. Qeyd olunur ki, B.Netanyahunun qardaşı İsrail ordusunun sıralarında 1976-cı ildə fələstinli yaraqlılara yaxın olan qruplaşmaya qarşı keçirilən əməliyyatda həyatını itirib.

Məlumat üçün əlavə edək ki, 2024-cü il sentyabrın 17-də Beyrut və Livanın bölgələrində peycerlərin kütləvi partlaması baş verib. Kiberhücum İsrail kəşfiyyatı tərəfindən hazırlanıb. Partlayışlar nəticəsində 11 nəfər ölüb, dörd minə yaxın insan yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv