Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək?

Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək?






presstv

"Presstv"az #Azərbaycan, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

20-31 mart qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

presstvaz-ın xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 212 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 30 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 8 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

Banklar

“Azərpoçt MMC

Valyuta mübadilə məntəqələri


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv