“Haber Global”da Donald Trampın Yəmən siyasəti təhlil edilib

“Haber Global”da Donald Trampın Yəmən siyasəti təhlil edilib






presstv

"Presstv"az #ABŞ, #Co Bayden, #dənizdə, #Donald Tramp, #Gəmi, #Haber Global, #Husilər, #İsrail, #Nəqliyyat, #təyyarə, #Türkiyə, #Yəmən, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin “Haber Global” televiziya kanalında husilərlə ABŞ arasında baş verən hərbi toqquşmalar müzakirə edilib.

presstvaz xəbər verir ki, verilişə dəvət alan siyasi şərhçilər hazırda Qırmızı dənizdə yaşanan gərginliyin səbəbləri haqqında danışarkən Donald Tramp administrasiyasının Yəmən siyasətini təhlil ediblər.

Verilişdə çıxış edən ekspert Süheyla Demir xatırladıb ki, İsraillə HƏMAS arasında davam edən toqquşmalar ərzində husilər mütəmadi olaraq İsrail limanlarına üzən gəmiləri hədəfə alırdı.

“Bu isə təbii ki, dünyanın ən vacib dəniz nəqliyyatı yolunda beynəlxalq ticarəti axsadırdı. Sözügedən məsələ Co Bayden dövründə həll olunmadı, Donald Tramp isə bu problemin həllində qərarlı olduğun bəyan edib”, – deyə S.Demir vurğulayıb.

Ekspert xatırladıb ki, ABŞ bu gecə husilərə qarşı genişmiqyaslı hücum həyata keçirib, müxtəlif bombardmançı təyyarələrdən, hərbi gəmilərdən raketlər atılıb və nəticədə son məlumata görə 53 nəfər həyatını itirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv