“TikTok”da gündəm olan bu oyuncaq nadir psixi xəstəlik TƏHLÜKƏSİ YARADIR

“TikTok”da gündəm olan bu oyuncaq nadir psixi xəstəlik TƏHLÜKƏSİ YARADIR






presstv

"Presstv"az #Həkim, #Rusiya, #Sosial şəbəkələr, #Stres, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“TikTok”da gündəm olan sızanaq sıxılması ilə bağlı oyuncaqlar uşaqlarda və onların analarında patomimiya adlı nadir psixi xəstəlik təhlükəsi yaradır.

presstvaz oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı material dərc edib.

Materialda bir neçə rusiyalı dermatoloqun bu trendin təhlükəli olması barədə xəbərdarlıqları yer alıb.

Bildirilir ki, insanın heç bir səbəb olmadan dərisini qurdalamaq xəstəliyi infeksiyalar, iltihablar, psixi problemlər kimi nəticələrə gətirib çıxara bilər.

“Antistres” kimi satılan oyuncaq haqqında videoçarxlar “TikTok” və digər sosial şəbəkələrdə geniş yayılıb. Uşaqların “dəli olduğu” bu yumşaq oyuncaq üzərindəki sızanaqları sıxmaq mümkündür. Ən məşhur model isə uşağın üzüdür.

Lakin həkimlərin sözlərinə görə, bu trend təhlükəlidir, çünki ağlı hələ tam formalaşmamış uşaqlara təsir göstərir, çünki onlar daha sonra sıxma prosesini öz üzərilərində həyata keçirməyə başlayırlar. Hətta iş o yerə çatır ki, nəyisə sıxmaq həvəsi ilə altında təmiz dəriyə zərər verirlər, infeksiya salırlar və s. Belə hallar artıq kifayət qədərdir. Hətta analar artıq xəstəxanalara müraciət etməyə başlayıblar.

Xəstələrdə patomimiya inkişaf edir – adama elə gəlir ki, onun hər yerində sızanaqlar var və o, sözün əsl mənasında özünü parçalayır. Belə halda dermatoloqlar xəstəni psixiatra yönləndirirlər ki, o da həblər və uzunmüddətli müalicə təyin edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv