Juninyo: “Azərbaycandan qayıdandan sonra uyğunlaşmaq çətin oldu”

Juninyo: “Azərbaycandan qayıdandan sonra uyğunlaşmaq çətin oldu”






presstv

"Presstv"az #"Qarabağ", #Azərbaycan, #Braziliya, #Futbol, #Jurnalistlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hazırda Braziliyanın “Flamenqo” klubunda oynayan “Qarabağ”ın sabiq futbolçusu Juninyo dünən keçirilən matçda fərqlənib.

Juninyo Rio derbisi – “Fluminense” ilə oyunun 66-cı dəqiqəsində Platanın əvəzinə meydana daxil olub və cəmi 10 dəqiqə sonra qol vurub (komandasının oyunda ikinci və sonuncu qolu). Bu, onun hazırkı klubunda ikinci qolu olub (yeddi oyuna).

presstvaz xəbər verir ki, matçdan sonra Juninyo yerli jurnalistlərə açıqlama verib. O, Azərbaycandan Braziliyaya qayıtdıqdan sonra üzləşdiyi çətinlikdən bəhs edib.

“Mən burada bir az əziyyət çəkdim. Çünki çox soyuq bir yerdən gəldim. İndi Rio-de-Janeyronun bu istisinə dözməli oluram. Bu isə hər şeyi dəyişir: yemək, iqlim, saat fərqi… Və nəticədə mənə ziyan dəydi. Mövsümöncəsi hazırlıqda da on gün təkbaşına məşq etməli oldum. Heç də asan deyildi. Amma indi zədədən sonra çalışmaq və heyətdə yer almaq lazımdır”, – deyə Juninyo bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv