Benita Ferrero-Valdner: “Ortamiqyaslı dövlətlər dünyada bələdçi rolunu oynayır”

Benita Ferrero-Valdner: “Ortamiqyaslı dövlətlər dünyada bələdçi rolunu oynayır”






presstv

"Presstv"az #Avropa, #Avstriya, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ortamiqyaslı dövlətlər super gücə sahib olmasalar da, böyük güclərlə çoxtərəfli münasibət qurmaqları ilə seçilirlər”

presstvaz xəbər verir ki, bunu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi” adlı XII Qlobal Bakı Forumunda Avstriyanın sabiq xarici işlər naziri (2000-2004), Xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə sabiq Avropa Komissarı (2004-2009), Ticarət və Avropa qonşuluq siyasəti üzrə sabiq Avropa Komissarı (2009-2010) Benita Ferrero-Valdner deyib.

O bildirib ki, ortamiqyaslı gücə sahib dövlətlər beynəlxalq təşkilatlarda müxtəlif qlobal normalarla çıxış edirlər.

Onun fikrincə, ortamiqyaslı gücə sahib dövlətlər koalisiya qura bilər və lazım gələrsə, konkret olaraq hansısa dövlətə təsir göstərə bilərlər.

“Ortaq dəyərləri, sülhü, insan hüquqları kimi təməl dəyərlərə təşviq edən siyasətə sadiq olmalıyıq. Ortamiqyaslı dövlətlər dünyada bələdçi rolunu oynayır”, – deyə o qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv