Qırmızı ətdən həddindən artıq istifadə ürəyə ziyandır: Həftədə nə qədər yemək lazımdır?

Qırmızı ətdən həddindən artıq istifadə ürəyə ziyandır: Həftədə nə qədər yemək lazımdır?






presstv

"Presstv"az #Həkim, #Qırmızı ət, #Rusiya, #Xurma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qırmızı ətdən həddindən artıq istifadə, yəni həftədə üç porsiyadan çox yemək ürək-damar xəstəlikləri riskini xeyli artırır.

presstvaz-ın xəbərinə görə, bu barədə rusiyalı diyetoloq Mixail Qinzburq “Gazeta.ru”ya müsahibəsində danışıb.

“Qırmızı ətin, xüsusən də yağlı ətin tərkibində çox miqdarda doymuş yağlar var ki, bu da qanda xolesterinin səviyyəsini artıra bilər. Bu da öz növbəsində, qan damarlarının divarlarında aterosklerotik lövhələrin əmələ gəlməsinə gətirib çıxara və ürəyin işemik xəstəliyi, miokard infarktı və digər ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər”, – deyə həkim bildirib.

Onun sözlərinə görə, eyni zamanda, sosis və kolbasa kimi emal edilmiş ət məhsullarına da diqqətlə yanaşmaq lazımdır.

Lakin Qinzburqun sözlərinə görə, ürək-damar sağlamlığını qorumaq üçün balanslaşdırılmış rasiona əməl etmək tövsiyə olunur ki, bu rasiona müxtəlif məhsullar, o cümlədən qırmızı ət də daxildir, amma normada olmaq şərti ilə.

“Qırmızı ətdən başqa şəkər və şəkər tərkibli məhsullar, o cümlədən bal və xurma kimi quru meyvələr də ürəyə zərər verə bilər. Böyük miqdarda istehlak edilməsi tövsiyə edilməyən digər məhsullar isə çips, marqarin, un məmulatları və hər cür peçenyelərdir. Onların tərkibində çoxlu yağlar, o cümlədən doymuş və kanserogenlər var. Eyni zamanda, alkoqolu və duzu da xatırlatmaq yerinə düşər, lakin onlar kiçik ölçülərdə qəbul edilə bilər”, – deyə Mixail Qinzburq qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv