“Volkswagen” və “Audi” elektromobillərini geri çağırır

“Volkswagen” və “Audi” elektromobillərini geri çağırır






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Araşdırma, #Audi, #Avto, #Kanada

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Volkswagen” bort şarj cihazındakı qüsur səbəbindən təxminən 13 800 “ID.4” və “Audi Q4 e-tron” elektromobilini geri çağırır.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə 32cars.ru xəbər yayıb.

Problem çap platasının qeyri-kafi qoruyucu örtüyü ilə əlaqədardır ki, bu da nəmin kondensasiyasına, güc itkisinə və hətta avtomobilin tam dayanmasına səbəb ola bilər.

Məlumata görə, şirkət 2024-cü ilin sentyabrında araşdırmaya başlayıb və “ID.4″də 127, “Q4 e-tron”da isə 117 geriçağırma halını qeydə alıb. Nasazlıq ABŞ və Almaniyada istehsal edilmiş 2024-cü il modellərinə təsir edib.

“Volkswagen” avtomobil sahiblərini 29 aprel 2025-ci il tarixindən gec olmayaraq məlumatlandıracaq. Qüsurlu şarj cihazlarının dəyişdirilməsi pulsuz olacaq, lakin hələlik dilerlərin anbarlarında ehtiyat hissələr yoxdur.

Problem Kanada bazarına da təsir edib. Bu ölkədən 9 613 “ID.4” və 3278 “Audi Q4 e-tron” avtomobili geri çağırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv