Mixail Saakaşviliyə HÖKM OXUNDU

Mixail Saakaşviliyə HÖKM OXUNDU






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Cinayət işi, #Gürcüstan, #Təhsil, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstan məhkəməsi ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə hökm oxuyub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

presstvaz bu barədə “Mtavari” nəşrinə istinadla xəbər yayıb.

Bildirilir ki, Saakaşvili 9 milyon lari (təxminən 5.5 milyon manat) məbləğində büdcə vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirli bilinib.

Həmçinin Saakaşvilinin keçmiş mühafizə rəisi Teymuraz Canaşiya da təqsirli bilinib, lakin o, cəmi 3 000 lari (təxminən 1.7 min manat) məbləğində cərimə ilə cəzalandırılıb.

Qeyd edək ki, Saakaşviliyə qarşı dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı 2014-cü ildə irəli sürülüb. Bu iş Gürcüstanda “Pencək işi” kimi tanınır. İttihama əsasən, Saakaşvili prezidentliyi dövründə dövlət vəsaiti hesabına pencəklər, palto alıb, oğlunun təhsil haqqını ödəyib, kosmetik prosedurlar etdirib, sinə ilə çəkilmiş rəsm əsəri alıb, bahalı avtomobillər və təyyarələr icarəyə götürüb, eləcə də qol saatları əldə edib.

Xatırladaq ki, Saakaşvili 2021-ci ilin oktyabrın 1-də Gürcüstana qayıtdıqdan sonra həbs edilib. O, beş cinayət işi üzrə təqsirləndirilir. Bunlardan iki iş üzrə o, qiyabi olaraq altı il azadlıqdan məhrum edilib.

Ümumilikdə, Tbilisi Şəhər Məhkəməsi ona qarşı dövlət vəsaitlərinin mənimsənilməsi, 7 noyabr 2007-ci ildə etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçmə ittihamları üzrə üç işi araşdırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv