“Barselona”nın həkimi öldü – Matç təxirə salındı

“Barselona”nın həkimi öldü – Matç təxirə salındı






presstv

"Presstv"az #Ailə, #Bakı, #Başsağlığı, #Futbol, #Həkim, #İspaniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Futbol üzrə İspaniya çempionatının 27-ci turu çərçivəsində keçirilməli “Barselona” – “Osasuna” matçı ev sahiblərinin həkiminin vəfat etməsi səbəbindən təxirə salınıb.

presstvaz xəbər verir ki, bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb.

Görüş şənbə günü Bakı vaxtı ilə saat 00:00-da başlamalı idi.

“Klubumuz dərin hüznlə əsas komandanın həkimi Karles Minyaro Qarsianın vəfatı ilə bağlı xəbəri çatdırır. Bu səbəbdən “Barselona” – “Osasuna” matçı təxirə salınıb. İdarə heyəti və “Barselona”nın bütün əməkdaşları onun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verir və bu çətin anda onların hisslərini bölüşür”, – bəyanatda bildirilir.

Qeyd edək ki, İspaniya çempionatının cədvəlinə 57 xalla “Barselona” başçılıq edir. “Osasuna” 33 xalla 11-ci yerdədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv