Azərbaycanda yeni hərbi nizamnamələr hazırlanır

Azərbaycanda yeni hərbi nizamnamələr hazırlanır






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Ordusu, #İlham Əliyev, #Vəzifə, #Zakir Həsənov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin yeni layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun martın 7-də növbəti görüşü keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxsləri iştirak ediblər.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, qazanılan nailiyyətlər və tətbiq edilən yeniliklər nəzərə alınmaqla yeni hərbi nizamnamələrin hazırlanmasına dair geniş fikir mübadiləsi aparılıb.

Hərbi nizamnamələrin hazırlanmasında müasir dövrün tələbləri, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi nəzərə alınaraq perspektiv planlar müzakirə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv