AHİK tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı təşkil olunub

AHİK tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı təşkil olunub






presstv

"Presstv"az #"Qarabağ", #Azərbaycan, #Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), #Heydər Əliyev, #Mehriban Əliyeva, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Muğamın sehrli dünyası” konsert proqramı təşkil edib.

Dövlət qurumlarının qadın rəhbərlərinin, Milli Məclisin deputatlarının, həmkarlar ittifaqları sistemində çalışan qadın əməkdaşların iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin müdafiəsi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycanın dövlətçilik tarixində qadınların rolu, milli-mənəvi dəyərlərimizin qorunmasında, dilimizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında xidmətlərindən söz açılıb, onların qətiyyətindən, mübarizliyindən və xeyirxahlığından danışılıb.

Vurğulanıb ki, müdrik xalqımız Nüşabə, Məhsəti, Sara Xatun, Natəvan, akademik Zərifə Əliyeva kimi qadınların xidmətlərini unutmur, şərəf tarixinin parlaq səhifələrində yaşadaraq nəsillərdən-nəsillərə ötürür.

Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycanda qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət uğurla davam etdirilir. Bu gün qadınlar ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçılarıdır. Tədbirdə Azərbaycan qadınlarının simvolu, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar, mədəni və nəcib missiyası vurğulanıb, fəaliyyətindən bəhs edən videosüjet nümayiş olunub.

İştirakçılara həmçinin Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr haqqında məlumat verilib, ölkəmizin tanınmış simalarının iştirak etdiyi və əmək hüquqlarının müdafiəsinə həsr olunan “Layiqli Əmək Səfirləri” layihəsinin təqdimatı olub.

Sonra tədbir Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun rəngarəng musiqi kompozisiyaları ilə davam edib. Əməkdar artist Təyyar Bayramov, “Muğam” müsabiqəsinin qalibləri – Güllü Muradova, Ayşən Mehdiyeva, Aytən Məhərrəmovanın ifasında muğam və xalq mahnıları alqışlarla qarşılanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv