Kosmosa səkkiz günlük gedib, səkkiz aydır qayıda bilməyən astronavtlarla bağlı sensasiyalı açıqlama

Kosmosa səkkiz günlük gedib, səkkiz aydır qayıda bilməyən astronavtlarla bağlı sensasiyalı açıqlama






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Co Bayden, #Donald Tramp, #Gəmi, #İlon Mask, #Kosmos

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“SpaceX” şirkətinin qurucusu İlon Mask Beynəlxalq Kosmik Stansiyadan səkkiz aydır geri qayıda bilməyən NASA astronavtları barədə sensasiyalı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Butç Uilmor və Sunita Uilyams hələ yarım il əvvəl “Dragon” kosmik gəmisi ilə Yerə qaytarıla bilərdilər, lakin ABŞ-nin əvvəlki prezidenti Co Bayden administrasiyası buna qarşı çıxıb.

presstvaz xəbər verir ki, “SpaceX” şirkətinin qurucusu bu barədə özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Astronavtlar orada cəmi səkkiz gün qalmalı idilər, lakin artıq səkkiz aydır ki, BKS-dədirlər. “SpaceX” altı ay əvvəl əlavə bir “Dragon” göndərib onları evə qaytara bilərdi, lakin Baydenin Ağ Evi (NASA yox) buna icazə vermədi”, – deyə o bildirib.

Maskın sözlərinə görə, ABŞ-nin indiki Prezidenti Donald Tramp onların mümkün qədər tez qaytarılmasını istəyib və hazırda bununla bağlı işlər gedir.

Xatırladaq ki, “Boeing Starliner” gəmisi “Boeing” korporasiyası tərəfindən iyunun 5-də orbitə buraxılıb – bu, onun ilk pilotlu uçuşu olub. Gəminin göyərtəsində astronavtlar Butç Uilmor və Sunita Uilyams olublar. İlkin olaraq onların BKS-də səkkiz gün qalmaları və iyunun 14-də qayıtmaları planlaşdırılırdı. Sonradan birləşmə zamanı bir neçə manevr mühərrikinin sıradan çıxması ilə əlaqədar gəmidə nasazlıq yaranıb və onların qayıdış müddəti əvvəlcə iyunun 26-na, daha sonra qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Nəticədə NASA qərara alıb ki, astronavtlar “SpaceX”in “Crew-9” missiyası ilə 2025-ci ilin yazında Yerə qayıdacaqlar.

Onu da bildirək ki, bir müddət əvvəl Sunita UilyamsButç Uilmorun səhhətində problemlər yaranmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv