Slovakiya Kiyevdən Azərbaycan qazının Ukrayna ərazisindən tranzitinə icazə verməsini tələb edir

Slovakiya Kiyevdən Azərbaycan qazının Ukrayna ərazisindən tranzitinə icazə verməsini tələb edir






presstv

"Presstv"az #Avropa, #Avstriya, #Azərbaycan, #Mətbuat konfransı, #Robert Fitso, #Slovakiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Slovakiya Prezidenti Peter Pelleqrini ölkənin baş nazirinin Avropa İttifaqı sammitinin yekun sənədinə Ukraynanın öz ərazisindən qaz tranzitini bərpa etməsi çağırışının daxil edilməsi tələbini legitim hesab edir.

presstvaz Gazeta.ru-ya istinadən xəbər verir ki, o, bu sözləri Çexiya, Slovakiya və Avstriya prezidentləri arasında danışıqların keçirildiyi Çexiyanın Slavkov şəhərində mətbuat konfransı zamanı deyib.

“Mən başa düşürəm ki, Slovakiyanın baş naziri (Robert Fitso) sabah qəbul olunacaq qərarlar zamanı Ukraynanın öz mövqeyini yenidən nəzərdən keçirməsini və öz infrastrukturu vasitəsilə Slovakiya və digər ölkələrə, məsələn, Azərbaycandan, o cümlədən digər ölkələr alınan qazın tranzitinə icazə verməsi barədə bəyanatın daxil edilməsini istəyir. Mən bunu Slovakiyanın milli maraqlarının qorunmasının qanuni təzahürü hesab edirəm”, – deyə Slovakiya prezidenti qeyd edib.

P.Pelleqrininin sözlərinə görə, Ukrayna bu zamana qədər əldə etdiyi köməklərə üçün minnətdarlığını nümayiş etdirəcək bir jest edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv