Açıq əməkdaşlıq prinsiplərinə əsaslanan üçmərhələli fəaliyyət planı təqdim edilib

Açıq əməkdaşlıq prinsiplərinə əsaslanan üçmərhələli fəaliyyət planı təqdim edilib






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Dollar, #Google, #Smartfon, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qlobal texnologiya brendi “HONOR” ötən günlərdə texnologiya nəhəngi smartfon istehsalçısından AI cihaz ekosistem şirkəti olmaq üçün yeni korporativ strategiyası “HONOR ALPHA PLAN” ilə bağlı bütün yenilikləri də elan edib. Bu üçmərhələli plan, “HONOR”un yeni ağıllı dünyaya keçid etmək üçün atacağı cəsarətli addımları ətraflı şəkildə təsvir edir və sənayeni insan potensialını maksimuma çatdıran və nəticədə bütün bəşəriyyətə fayda verən açıq, dəyər mübadiləsi ekosistemi yaratmağa çağırır. Öz öhdəliyinin sübutu olaraq, “HONOR” bu gün bu planı maliyyələşdirmək üçün növbəti beş il ərzində 10 milyard ABŞ dollarından çox sərmayə yatıracağını elan edib.

Sözügedən bu plan üç əsas mərhələdən ibarətdir. İlk mərhələ yüksək intellektə sahib cihazların yaradılmasıdır. “HONOR” AI dövründə yeni cihaz modellərini formalaşdırmaq üçün tərəfdaşları ilə texnologiya üfüqlərini dəf edərək, birgə innovasiya həllərini həyata keçirəcək. Növbəti mərhələdə sənaye sərhədlərini aşaraq, fiziki AI dövrünün təməli qoyulacaq. Son mərhələdə isə ümumi süni intellekt (AGI) dövrünə qədəm qoyaraq, “HONOR” insan potensialının sərhədlərini aşmağa və yeni sivilizasiya modelini formalaşdırmağa töhfə verəcək.

“HONOR”un bu yolda ilk addımı insanyönümlü süni zəkadan istifadə edəcək intellektual telefonun yaradılması olacaq. Sözügedən bu telefon, insan potensialını maksimum dərəcədə artırmaq üçün xüsusi hazırlanaraq, “HONOR”un təqdim etdiyi qabaqcıl AI texnologiyalarını özündə birləşdirəcək.

“Agentic AI” dövrü üçün aparıcı AI texnologiyası

“Google Cloud” və “Qualcomm Technologies” ilə əməkdaşlıqda keçirilən texnologiya nümayişində “HONOR” süni intellekt agentinin “HONOR Calendar”da qeydə alınmış görüşlər və trafik məlumatlarını nəzərə alaraq üçüncü tərəf xidməti vasitəsilə masa sifariş etməyə necə kömək edə biləcəyini nümayiş etdirib.

Həmçinin istehsalçı, “HONOR”un təsvir texnologiyası üçün yeni brend olan “AiMAGE” ilə mobil fotoçəkiliş imkanlarını genişləndirir. “AI Kernel” ilə təchiz edilən “AiMAGE”, “device-cloud” AI modellərini dəstəkləyən ilk həllidir. Belə ki, adi model təsvirin aydınlığı 50% artırmaq üçün 1.3 milyard parametr modelinin dəstəklənməsi tələb olunurdusa, “device-cloud”da şəkillərin keyfiyyətini kütləvi şəkildə artırmaq üçün 12.4 milyard parametr modelinə əsaslanan daha genişmiqyaslı hesablama resurslarından faydalanır.

Burada həmçinin, köhnə portretləri bərpa etmək üçün yeni “AI Upscale” xüsusiyyəti bu ilin mart ayından başlayaraq “Snapdragon® 8 Elite Mobil” platforması ilə təchiz edilmiş “HONOR Magic7” seriyasına tədricən tətbiq ediləcək.

Bundan əlavə, “HONOR” dünyanın ilk tam ekosistemli fayl paylaşma texnologiyasını da təqdim etmişdir. Bununla, istifadəçilər faylları bir və ya bir neçə “iOS” və “Android” cihazlarına köçürmələrindən asılı olmayaraq, ultra sürətli transferdən zövq ala biləcəklər. Həmçinin, istehsalçı AI “Deepfake”nin təyin edilməsi funksiyasının tezliklə beynəlxalq bazarlarda ən son flaqman smartfonlarında təqdim olunacağını açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv