Argentina prezidentinin bacısı korrupsiyada ittiham olunur

Argentina prezidentinin bacısı korrupsiyada ittiham olunur






presstv

"Presstv"az #Ailə, #Argentina, #Cinayət işi, #Kriptovalyuta, #Prezident Administrasiyası, #Sosial şəbəkələr, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Argentinanın “Vətəndaş Koalisiyası” müxalifət partiyasının deputatları məhkəməyə müraciət edərək, ölkənin hazırkı Prezidenti Xavyer Mileyin bacısı Karina Mileyi rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.

presstvaz xəbər verir ki, bu barədə “Vətəndaş Koalisiyası”nın lideri Elisa Karriyo “X” sosial şəbəkəsində məlumat yayıb.

“Deputatlarımız Monika Frade və Maksimiliano Ferraro prezident administrasiyasının katibi Karina Mileyə qarşı rüşvətxorluq, nüfuzdan istifadə və dövlət qulluqçularının etikası haqqında qanunun pozulması ittihamları ilə cinayət işinin başlanması üçün müraciət ediblər”, – deyə Karriyo yazıb.

Qeyd edək ki, bu, Argentina prezidentinin ailəsi ilə bağlı ilk korrupsiya qalmaqalı deyil. Daha əvvəl Xavyer Mileyin özü də sosial şəbəkələrdə şübhəli kriptovalyuta sxemini təbliğ etdiyi üçün diqqət mərkəzinə düşmüşdü. Hazırda iddia edilən bu maliyyə piramidasından zərər çəkən vətəndaşlar tərəfindən ona qarşı yüzdən çox iddia qaldırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv