Dünyanın ən dəqiq saatı satışa çıxarılır: 10 milyard ildə sadəcə 1 saniyə səhv edə bilər

Dünyanın ən dəqiq saatı satışa çıxarılır: 10 milyard ildə sadəcə 1 saniyə səhv edə bilər






presstv

"Presstv"az #Dollar, #elmi tədqiqat, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın Kyoto şəhərindən olan “Shimadzu Corp” şirkəti unikal saatların satışına başlayıb. Saatların özəlliyi ondadır ki, 10 milyard ildə sadəcə bir saniyə səhv edirlər.

presstvaz-ın xəbərinə görə, bu barədə “Bloomberg” nəşri məlumat verib.

Məlumata görə, bu, stronsium optik qəfəsdə dünyanın ilk kommersiya saatıdır. Bir ekzemplyarın qiyməti isə təxminən 3,3 milyon dollara çatır.

Cihaz xüsusi işıq dalğalarında saxlanılan atomların vasitəsilə vaxtı ölçür. Layihə Tokio Universiteti və Riken İnstitutu ilə birgə həyata keçirilib. Yeni saat dəqiqliyinə görə adi sezium atom saatlarını təxminən yüz dəfə üstələyir. Məhz sezium saatları indi saniyənin standartını təyin edir.

Satışlara dünən (5 mart – red.) başlanılıb. Şirkət üç il ərzində 10 belə cihaz buraxıb satmaq niyyətindədir. Həm Yaponiyada, həm də xaricdən alıcıların olacağı gözlənilir. Saat mürəkkəb elmi tədqiqatlar üçün nəzərdə tutulub.

“Shimadzu Corp” nümayəndələri bəyan ediblər ki, onların məhsulu bütün satış üçün olanlar sırasında ən dəqiqidir. Eyni zamanda, onlar əlavə ediblər ki, alimlər artıq daha təkmil modellərin yaradılması üzərində işləyirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv