Aİ-yə giriş-çıxış üçün yeni sistem işə salınacaq

Aİ-yə giriş-çıxış üçün yeni sistem işə salınacaq






presstv

"Presstv"az #Avropa, #Avropa İttifaqı (Aİ), #Avto

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı (Aİ) ölkələri qısa müddətə səyahət edənlər üçün avtomatlaşdırılmış reyestr olan giriş/çıxış sistemi (EES) haqqında razılığa gəldilər.

presstvaz “Euronews” telekanalına istinadla xəbər verir ki, Brüsseldə daxili işlər nazirlərinin əldə etdiyi razılaşma sistemin payızda işə başlaması üçün yol açır.

Üzv dövlətlərin indi iki variantı olacaq: yeni sistemi dərhal və ya altıaylıq keçid dövrü ərzində onu bir neçə mərhələdə işə salmaq, bunun sonunda sərhədi keçərkən bütün qeydiyyatlar EES çərçivəsində həyata keçirilməlidir.

Qeyd edək ki, EES-in başlıca məqsədi Aİ-nin xarici sərhədlərində yoxlamaların modernləşdirilməsi və pasportdakı ənənəvi ştampı əvəz etməkdir.

EES Aİ-yə turizm, istirahət və ya iş məqsədləri üçün gələn və 180 günlük müddət ərzində cəmi 90 günə qədər qalan Aİ üzvü olmayan ölkələrin vətəndaşlarına şamil ediləcək.

Sistem işə düşdükdən sonra ziyarətçilərdən gələrkən pasportlarını təqdim etmələri və üzlərinin fotoşəkli və barmaq izlərinin elektron şəkildə skan edilməsi tələb olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv