Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni, “Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edəcək

Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni, “Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edəcək






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Neftçi, #Premyer Liqası, #Şamaxı, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Misli Premyer Liqasında XXV tur çərçivəsində daha iki görüş keçiriləcək.

presstvaz xəbər verir ki, ikinci oyun günündə “Turan Tovuz” “Zirə” ilə saat 17:30-da, “Sabah” isə “Araz-Naxçıvan”la saat 19:30-da üz-üzə gələcək.

Xatırladaq ki, turun digər oyunlarında “Qarabağ” “Sumqayıt”ı, “Şamaxı” isə “Səbail”i 2:0 hesabı ilə məğlub edib. XXV tura martın 5-də keçiriləcək “Neftçi” – “Kəpəz” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda aktivində 60 xalı olan “Qarabağ” turnir cədvəlinin vahid lideridir. Hərəyə 45 xalı olan “Zirə” ilə “Araz-Naxçıvan” ikinci-üçüncü pillələri bölüşür. Aktivində 42 xalı olan “Turan Tovuz” dördüncü sırada qərarlaşıb. “Sabah” 33 xalla beşinci, “Neftçi” 27 xalla altıncıdır. Yeddinci pillədəki “Şamaxı”nın 24 xalı var. Rəqibindən iki xal geri qalan “Sumqayıt” səkkizinci pillədədir. “Kəpəz” 19 xalla doqquzuncu, “Səbail” isə 18 xalla 10-cudur (sonuncu).

4 mart

Misli Premyer Liqası

XXV Tur

Saat 17:30, “Turan Tovuz” – “Zirə”;

Saat 19:30, “Sabah” – “Araz-Naxçıvan”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv