Kimlər oruc tuta bilməz?

Kimlər oruc tuta bilməz?






presstv

"Presstv"az #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Həkimlərin ac qalmağa icazə vermədiyi xəstələr, hamilə qadınlar, zəif qocalar oruc tutmamaqda güzəştlidirlər.

presstvaz xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev bildirib.

O bildirib ki, hamilə qadınlar sonrakı vaxtlarda qəza tutmalıdırlar.

“Sağlam insanlara isə oruc tutmaq mütləqdir, amma 10 gün və ya 10 gündən az müddətdə səfərə gedəcək insanlar da həmin günlərdə oruc tutmamalıdır. Onlar Ramazan ayından sonrakı vaxtlarda qəza oruclarını tuta bilərlər. 10 gündən çox başqa bir yerdə səfərdə olanlar isə oruc tutmağa mükəlləfdirlər”, – deyə o vurğulayıb.

Fuad Nurullayevin sözlərinə görə, Rəcəb və Şaban ayları Ramazana hazırlıq kimi qiymətləndirilir.

“Bir çox möminlər oruca həmin aylardan başlayırlar. Şaban ayından Ramazan ayına oruclu olaraq keçən şəxsə böyük savab yazılır. Şaban ayının sonuncu günü oruc tutub Ramazan ayına oruclu daxil olan insana Allah 1 ayın savab yazır”.

İlahiyyatçı alim hesab edir ki, müsəlman dünyası Ramazan ayından layiqincə bəhrələnməlidir, çünki bu ay dua, zikr ayıdır.

“Müqəddəs Quran buyurur ki, bu ayın fəziləti bütün aylardan yüksəkdir, ona görə də Ramazana ayların sultanı deyirlər. Bu ayda insan bacardığı qədər dua etməli, Allahdan günahlarının bağışlanmasını diləməli, ümumiyyətlə, bu ayın mənəvi dəyərlərindən layiqincə istifadə etməlidir. İmkan varsa, iftar süfrəsi açılmalı, kasıblara kömək edilməlidir. İftarda imkansız insanları toplamaq və iftar niyyəti ilə onlara yardımlar etmək savab işlərdəndir.

Peyğəmbərimiz buyurur: yazıq insan odur ki, Ramazan ayına daxil ola və onun sonuna çata, amma özünü bağışlatmadan ondan ayrıla. Ona görə də insanın nə xətası varsa, bağışlanmağını diləməli və ayın sonuna qədər paklanmalıdır”.

İlahiyyatçı həmçinin əlavə edib ki, Ramazanda insan təkcə yemək və içməklə deyil, eyni zamanda dili, gözü, qulağı ilə də oruc olmalıdır:

“Nə qeybət etməli, nə də qeybətə qulaq asmalıdır. Günahdan uzaq durmalı, özünü mənən və ruhən saflaşdırmalıdır”.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv