Azərbaycanda bu kəndlər birləşdirilir – VİDEO

Azərbaycanda bu kəndlər birləşdirilir – VİDEO






presstv

"Presstv"az #Azərbaycan, #Dövlət Statistika Komitəsi, #Milli Məclis, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda kiçik kəndlər birləşdirilə bilər.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub. Kəndlərin 514-də əhalinin sayı 100 nəfərdən azdır, 94 kənddə isə əhalinin sayı 5000-dən çoxdur.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Xəzər Xəbər”ə bildirib ki, Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi iqtisadiyyatın inkişafı, infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması, eyni zamanda təbii resursların səmərəli istifadəsi baxımından müsbət nəticələr verə bilər.

Komitə sədri həmçinin onu da əlavə edib ki, artıq işğaldan azad edilən ərazilərdə bu konsepsiyanın həyata keçirilməsi üçün müəyyən addımlar atılır.

İqtisadçı Eldəniz Əmirov isə deyir ki, urbanizasiya prosesi nəticəsində gələcəkdə bəzi kəndlərdə əhalinin sayı daha da azala bilər. Bu baxımdan dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də kiçik, əhalisi az olan kəndlərin birləşdirilməsi gözləniləndir.

Daha ətraflı videomaterialı təqdim edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv